Narkotikin təsiri altında maşın sürən Nasim Allahverdiyev və Nemət İmanov
09 mart 2021 16:05 (UTC +04:00)

Narkotikin təsiri altında maşın sürən Nasim Allahverdiyev və Nemət İmanov

Narkotik çəkib maşın sürənlər həbs olundu - FOTO

Cəlilabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsi və Post Patrul Xidmətinin əməkdaşları şəhər ərazisində xidmət apararkən hərəkətdə olan “Opel” makalı avtomobilin sürücüsünün şübhəli hərəkətlər etdiyini müşahidə ediblər. Həmin avtomobil saxlanıldıqdan sonra sükan arxasında olan Musalı kənd sakini Nasim Allahverdiyevin maşını sürücülük vəsiqəsi olmadan idarə etdiyi müəyyən olunub.

Polisin qanuni tələblərinə tabe olmayan sürücü və sərnişin, həmin avtomobilin sahibi, Cəlilabad rayonunun Ləkin kənd sakini Nemət İmanov tibbi müayinəyə dəvət ediliblər. Müayinə nəticəsində hər iki şəxsin narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib. N.Allahverdiyev və N.İmanov barəsində Cəlilabad rayon Polsi Şöbəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə hər iki şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1779
avatar

Mehman Nəbiyev

Oxşar yazılar