Soçidə güllələnən icra məmurları
09 iyun 2021 15:25 (UTC +04:00)

Soçidə güllələnən icra məmurları

Məmurları güllələyən erməni imiş - YENİLƏNİB - VİDEO


Soçidə məhkəmə məmurlarının güllələnməsi ilə bağlı daha yeni məlumat yayılıb.

Lent.az-ın Rusiya mediasına istinadla verdiyi məlumata görə, evindən çıxmaq istəməyərək məhkəmə icraçılarını güllələyib öldürünən 61 yaşlı yerli sakin Vartan Koçyandır.

***

13:42

Soçidə məhkəmə məmurlarının güllələnməsinin təfərrüatı açıqlanıb. 

Lent.az Rusiya mediasına istinadla bildirir ki, məhkəmə icraçıları, Adler məhkəməsinin ailənin icazəsiz evdən çıxarılması qərarını icra etmək üçün gəlib.

Ev sahibi onları içəri buraxmayıb və evdən çıxmayacağını bildirib. Bir müddət sonra ov tüfəngindən atəş açmağa başlayıb. Məhkəmə icraçıları güllə yarasından yerindəcə öldülər.

Kişi bundan sonra müqavimət göstərmədən təslim olub.

***

13:08

Soçidə atışma baş verib və bu zaman məhkəmənin iki icra məmuru öldürülüb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, atəşi sökülməsi üçün qərar verilən ev sahibi açıb. Güllələnən 35 və 36 yaşlı məhkəmə icraçılarının meyitləri küçədə tapılıb.

Evi söküləcək şəxsin evinə 3 məhkəmə icraçısının gəldiyi bildirilir. 

Digər məlumata görə, ərazidə atışma davam edir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. 

Bu dəqiqədə yayılan xəbərə görə, məmurları güllələyən şəxs saxlanılıb.

Məmurları güllələyən erməni imiş

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5541
avatar

Oxşar yazılar