Keçmiş məhkum qətlə görə tutuldu -  YENİLƏNİB
01 mart 2021 19:49 (UTC +04:00)

Keçmiş məhkum qətlə görə tutuldu - YENİLƏNİB

Samuxda qətl törədən şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, Samux rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarışları nəticəsində hadisəni törədən 38 yaşlı Vüqar Həsənov saxlanılıb.

Məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

 

Hadisəni törədən şəxsin əvvələr məhkumluğu olub.

***

13:51

Samux rayonunda qətl törədilib.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Sərkar kəndində qarın nahiyəsindən bıçaq xəsarəti almış 31 yaşlı Məmmədov Elşən Arzu oğlu xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

# 1596
avatar

Oxşar yazılar