Keçmiş arvadını xüsusi amansızlıqla öldürmüşdü...
01 aprel 2021 13:49 (UTC +04:00)

Keçmiş arvadını xüsusi amansızlıqla öldürmüşdü...

Gədəbəydə keçmiş arvadını öldürən Rasim Məsimovun cinayət işi üzrə ibtidai istintaq tədbirləri yekunlaşıb.

Lent.az xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Dadaş İmanovun icraatına verilib.

Qeyd edək ki,2020-ci il sentyabrın 25-də Gədəbəy rayonu ərazisində Qurudərə kənd sakini Zülfiyyə Məsimovaya çoxsaylı bıçaq xəsarətləri yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri Rasim Məsimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə Zülfiyyə Məsimovanı qəsdən öldürməyə cəhd edərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyənləşdirilib.

R.Məsimov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

# 1470
avatar

Mehman Nəbiyev

Oxşar yazılar