İki qohumdan birini öldürüb, birini qanına qəltan eləmişdi...
16 mart 2021 09:09 (UTC +04:00)

İki qohumdan birini öldürüb, birini qanına qəltan eləmişdi...

İmişlidə qohumlardan birini öldürüb, birini yaralayan Pünhan Hüseynovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əli Əliyevin icraatına verilib.
Xatırladaq ki, ötən il avqustun 11-də İmişli rayonu, Göbəktala kəndi ərazisində 35 yaşlı Amid Əmirahovun öldürülməsi, 31 yaşlı Səbuhi Əmirahovun isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla İmişli rayon sakini, 37 yaşlı Pünhan Hüseynovun həmin gün saat 20 radələrində aralarında yaranan mübahisə zamanı həmkəndlisi Səbuhi Əmirahova bıçaqla xəsarətlər yetirib qəsdən öldürməyə cəhd etməsinə, sonuncunun qohumu Amid Əmirahova isə bıçaqla bədən xəsarətləri yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb. Pünhan Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

# 1266
avatar

Mehman Nəbiyev

Oxşar yazılar