İki keçmiş məhkum yenidən tutuldu -  SƏBƏB
29 oktyabr 2021 17:37 (UTC +04:00)

İki keçmiş məhkum yenidən tutuldu - SƏBƏB

Bakı sakini Beyləqanda narkotiklə tutulub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Beyləqan rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Mil qəsəbəsi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Abbasov və Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş E.Nağıyev şübhəli şəxs qismində saxlanılıblar.

Şəxsi axtarış zamanı Ə.Abbasovdan 3 kiloqramdan artıq tiryək, 1,9 kiloqram heroin və 1,8 kiloqram metamfetamin (patı) aşkar edilərək götürülüb.

# 9156
avatar

Mehman Nəbiyev

Oxşar yazılar