Bərdədə 20 yaşlı oğlan müəmmalı şəkildə ölüb.
Lent.az xəbər verir ki, hadisə rayonun Yeni Əyricə kəndində qeydə alınıb.
20 yaşlı Rəhimov İslam Ətiraf oğlunun meyiti meşəlik ərazidə sintetik iplə ağaca bağlanmış vəziyyətdə aşkar edilib.
Hadisə yerinə rayon prokurorluğunun əməkdaşları və polis çıxıb.
Hazırda ölümün baş vermə səbəbləri araşdırılır.