Masallıda yeniyetmə su hövzəsinə düşərək boğulub.
Lent.az xəbər verir ki, hadisə rayonun Sirəbil kəndində baş verib.
2008-ci il təvəllüdlü Ziyafət Nəhmətov at çaparkən ehtiyyatsızlıqdan su hövzəsinə yıxılıb, nəticədə boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.