Rusiyanın Primorsk diyarında müstəntiqlər 45 yaşlı Vadim Boyçenkoya qarşı kriminal iyerarxiyada yüksək vəzifə tutmaq və qadağan edilmiş “Məhkumların Cinayət Birliyi” (AUE) ekstremist beynəlxalq ictimai hərəkatını yaratmaq ittihamı ilə cinayət işi açıblar.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, Boyçenko Cinayət Məcəlləsinin 210.1 və 282.2-ci maddələri ilə ittiham olunur. Hazırda o, cəzasını 6 saylı Spassk-Dalnıy islah koloniyasında çəkir.
İstintaqın məlumatına görə, 2019-cu ildən indiyədək məhbus koloniyada cəza çəkən digər şəxslərlə birlikdə qadağan olunmuş ekstremist hərəkatı təşkil edib və ona dəstək verib. O, həm də cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən cinayət iyerarxiyasında ən yüksək vəzifəni tutub.