Gürcüstanın ilk transseksualı  öldürüldü
19 sentyabr 2024 12:23 (UTC +04:00)

Gürcüstanın ilk transseksualı öldürüldü

Gürcüstanın ilk transseksualı 37 yaşlı Kesaria Abramidze Tbilisidə vəhşicəsinə qətlə yetirilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, onun meyiti öz mənzilində tapılıb. Versiyaya görə, onu çoxsaylı bıçaq xəsarətləri ilə öldürüblər. Cinayətin təfərrüatları məhkəmə-tibb ekspertləri tərəfindən araşdırılır.

Yerli media şübhəlinin axtarıldığını bildirir.

Kesaria Abramidze (doğum adı Beso Abramidze) 2014-cü ildə cinsiyyət dəyişdirmə əməliyyatı keçirib. O, tok-şoularda iştirak edib, seriallarda rol alıb. 2018-ci ildə İspaniyada keçirilən "Miss trans star" beynəlxalq gözəllik müsabiqəsində Gürcüstanı təmsil edib.

Qeyd edək ki, 2 gün əvvəl Gürcüstan parlamenti sonuncu oxunuşda LGBT təbliğatını və cinsiyyətinin dəyişdirilməsini qadağan edən qanun layihəsini təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3804
avatar

Oxşar yazılar