Evlənmək üçün qız qaçıran qohumlar növbəti dəfə məhkəməyə çıxdı
26 fevral 2021 10:15 (UTC +04:00)

Evlənmək üçün qız qaçıran qohumlar növbəti dəfə məhkəməyə çıxdı

Bakıda adam oğurluğunda ittiham olunan qohumların apelyasiya şikayətinə baxılıb.

Lent.az-ın məlumatına görə, fevralın 23-də Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən iclas təxirə salınıb. İş üzrə növbəti məhkəmə prosesi martın 2-də baş tutacaq.

Xatırladaq ki, ötən ilin mart ayında hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Elturan Daşdəmirov və onun əmisi oğlu Tərlan Daşdəmirov saxlanılıblar.

İstintaq orqanı tərəfindən Elturan Daşdəmirovun barəsində Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu), Tərlan Daşdəmirovun barəsində isə Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək) maddəsi ilə ittiham elan edilib.

Ötən ilin iyun ayında Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda isə Elturan Daşdəmirova 9, Tərlan Daşdəmirova isə 8 il həbs cəzası verilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2196
avatar

Mehman Nəbiyev

Oxşar yazılar