Dünənki yol qəzalarında 4 nəfər ölüb
23 mart 2023 10:28 (UTC +04:00)

Dünənki yol qəzalarında 4 nəfər ölüb

Martın 22-də ölkədə qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, axtarışda olduğuna görə ümumilikdə 23, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.

# 2772
avatar

Oxşar yazılar