Dostu ilə birləşib qardaşını qanına qəltan eliyən HAKİM QARŞISINDA
14 dekabr 2021 09:24 (UTC +04:00)

Dostu ilə birləşib qardaşını qanına qəltan eliyən HAKİM QARŞISINDA

Bərdədə dostu ilə birləşib qardaşını öldürən İnayət Nəzərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nural Əliyevin icraatına verilib.

Qeyd edək ki, qətl hadisəsi Bərdənin Hacallı kəndində qeydə alınıb. 33 yaşlı İnayət Nəzərov dostu Şəhriyarla 37 yaşlı qardaşı Səxavət Nəzərovu bıçaqlayaraq qətlə yetirib.

Mərhumun qayınatası Müsdəcəf Məmmədovun sözlərinə görə, Səxavət Nəzərov qardaşı İnayət və Şəhriyarla qarşılaşıb. Qardaşlar arasında baş verən mübahisə çoxsaylı bıçaq zərbəsi ilə İ.Nəzərovun ölümünə səbəb olub.

Mübahisəli qardaşların əmisi Nofəl Əliyevin sözlərinə görə, qardaşlar arasında uzun illər əvvəl yaranan mübahisəyə səbəb qısqanclıq olub. Mərhumun 5 gün əvvəl isə övladı dünyaya gəlib.

Cinayəti törədən şəxslər saxlanılıb

Faktla bağlı Bərdə rayon prokrorluğunda cinayət işi açılıb.

# 1638
avatar

Mehman Nəbiyev

Oxşar yazılar