Daha bir rayonda KÜTLƏVİ HƏBSLƏR:   19 nəfər... - FOTO
08 dekabr 2022 12:30 (UTC +04:00)

Daha bir rayonda KÜTLƏVİ HƏBSLƏR: 19 nəfər... - FOTO

Lənkəranda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyat tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Lənkəran rayon sakini E.Mehrəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil Nərimanabad qəsəbəsi ərazisində hərəkətdə olarkən dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Əsaslı şübhələr olduğundan həmin nəqliyyat vasitəsi polis şöbəsinə gətirilib.

Keçirilən baxış zamanı avtomobildəki saxlanc yerindən və həmin nəqliyyat vasitəsində sərnişin qismində olan S.Sattarovun üzərindən kibrit qutularında qablaşdırılmış 271 qram marixuana aşkarlanaraq götürülüb. Bundan əlavə, daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində son 10 gün ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 17 nəfər saxlanılıb. Onlardan hazır bükümlərdə qablaşdırılmış külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb.

Lənkəran rayon Polis Şöbəsi əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində keçirdikləri tədbirlər nəticəsində son bir həftə ərzində ayrı-ayrı şəxslərdən müvafiq sənədləri olmadan qanunsuz olaraq saxlanılan 5 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb və aidiyyatı üzrə təhvil verilib.

Aşkarlanan faktların hər biri ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün rayon Məhkəməsinə göndərilib.

# 4317
avatar

Oxşar yazılar