Başı kəsilən qadınla bağlı  YENİ XƏBƏR
29 aprel 2021 10:50 (UTC +04:00)

Başı kəsilən qadınla bağlı YENİ XƏBƏR

Lerikdə qadının müəmmalı ölümü ilə bağlı cinayət işi açılıb.

Lerik rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, aprelin 28-də saat 16 radələrində rayonun Barzavu kəndində 40 yaşlı Fərziyeva Zəkifə Feyruz qızına məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilərək, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Lerik rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən hadisənin təfərrüatlarını və cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, dünən axşam Lerikdə başı kəsilmiş qadın meyitinin tapılması haqqında məlumat vermişdik. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5709
avatar

Mehman Nəbiyev

Oxşar yazılar