Lerik rayonunda orta yaşlı bir qadının meyiti tapılıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Rayonun Barzavu kəndində evdən aşkarlanan Zəkifə Feyruz qızı Qənbərovanın meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə gətirilib.
Meyitin boğaz nahiyəsində kəsilmiş izlər müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.