Balakəndə ər arvadının üzünü doğradı
19 yanvar 2023 10:27 (UTC +04:00)

Balakəndə ər arvadının üzünü doğradı

Balakəndə ər arvadını bıçaqlayıb.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Hənifə kəndində qeydə alınıb. Kənd sakini Natiq İbrahimov arvadı 38 yaşlı R. Məmmədovanı bıçaqlayıb. Nəticədə qadın üz nahiyəsindən xəsarətlər alıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Lent.az-a bildirib ki, qadına bıçaqla xəsarət yetirən Natiq İbrahimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Onun sözlərinə görə, hazırda faktla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.

# 10980
avatar

Mehman Nəbiyev

Oxşar yazılar