Bakıda ŞOK:  arvadını öldürən kişi daha iki nəfəri bıçaqladı - YENİLƏNİB
03 avqust 2021 17:26 (UTC +04:00)

Bakıda ŞOK: arvadını öldürən kişi daha iki nəfəri bıçaqladı - YENİLƏNİB

Prokurorluq Bakıda törədilən dəhşətli qətllə bağlı məlumat yayıb.

Xəzər rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, avqustun 3-ü saat 11 radələrində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın əri tərəfindən paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilmişdir ki, 1979-cu il təvəllüdlü Füzuli Qarayev arvadının aralarında yaranmış mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib və oraya gedərkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlayıb, daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Füzuli Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda hadisənin törədilməsinə gətirib çıxardan səbəb və şəraitin araşdırılması məqsədi ilə intensiv istintaq əməliyyat tədbirləri davam etdirilir.

***

saat 16:23

Bakıda dəhşətli qətl törədilib.

Lent.az-ın məlumatına görə, hadisə bu gün paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Rayon sakini Füzuli Qarayev 23 yaşlı arvadı Sevinc Məhərrəmovanın boğazını kəsərək qətlə yetirib. 

Qətli törədən F.Qarayev saxlanılıb.

Hadisənin motivi hələlik məlum deyil. 

Faktla bağlı Xəzər rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16059
avatar

Mehman Nəbiyev

Oxşar yazılar