Bakıda kişi qadını DOĞRADI:  12 bıçaq...
15 oktyabr 2022 13:56 (UTC +04:00)

Bakıda kişi qadını DOĞRADI: 12 bıçaq...

Bakıda bıçaqlanma hadisəsi olub.

Sabunçu rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, oktyabrın 14-ü saat 3 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində 38 yaşlı Vüsalə Əliyevanın xəsarət alması barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 31 yaşlı Tərlan Qafarovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Vüsalə Əliyevaya bıçaqla 12 xəsarət yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Tərlan Qafarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

# 3210
avatar

Oxşar yazılar