"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo Ceydon Sançonu İstanbul klubuna gətirmək istəyir.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Joze Mourinyo yay üçün transfer hədəflərindən birini müəyyənləşdirib.
Portuqaliyalı çalışdırıcı Ceydon Sançonu heyətində görmək istəyir. Cinah oyunçusunun İstanbul klubu üçün transfer qiymətinin 25 milyon funt-sterlinq civarında olacağı gözlənilir.
Futbolçu ilə mümkün razılaşmanın təfərrüatları hələlik məlum deyil.
Sanço hazırda "Çelsi"də icarədədir, lakin müqaviləsi "Mançester Yunayted"lədir. O, London klubunun heyətində 40 oyun keçirib, 4 qol vurub və 10 məhsuldar ötürmə edib.