Xaçmazda avtomobil məktəblini vurub.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama avtomobil yolunun Nərəcan kəndi ərazisindən keçən hissəsində baş verib. Minik avtomobili yolu keçən piyada Nərəcan kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Turan Məcidovu vurub. Ağır xəsarətlər alan yeniyetmə hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.