İsraildə 7 oktyabr hadisələrinin qəhrəmanı, baş polis serjantı İqor Pivnev intihar edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, o, ən azı 13 HƏMAS yaraqlısını təkbaşına məhv etməklə məşhurlaşıb. Məlumata görə, 32 yaşlı polis məktub yazaraq canına qəsd edib. İntiharın səbəbi isə məlum deyil. Mərhumun özündən sonra həyat yoldaşı və 3 azyaşlı qızı qalıb.
Qeyd olunur ki, Pivnev 2023-cü il oktyabrın 7-də Eşkol Regional Şurasında yerləşən Moşav Yateddəki evdə olub. HƏMAS-la döyüşlər başlayanda o, sakinləri qorumaq üçün təkbaşına çıxıb və evə qayıdarkən yaraqlılarla döyüşüb. Bildirilir ki, polis baş serjantı ailə üzvlərinin yanına çatanadək artıq 13 HƏMAS üzvünü öldürüb.