Bakıda kişi gecəyarı dostunu DOĞRADI
28 sentyabr 2022 09:20 (UTC +04:00)

Bakıda kişi gecəyarı dostunu DOĞRADI

Bakıda qətl hadisəsi olub.

Suraxanı rayon prokurorluğundan Lent.az-a verilən xəbərə görə, sentyabrın 27-i saat 4 radələrində rayon ərazisində 38 yaşlı Əfqan Qədəşovun öldürülməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 36 yaşlı Səbuhi Zülalovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Əfqan Qədəşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbuhi Zülalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq tədbirləri davam etdirilir.

# 2715
avatar

Oxşar yazılar