Bakıda federasiya əməkdaşını döyüb öldürənlər HAKİM QARŞISINDA
25 yanvar 2022 09:14 (UTC +04:00)

Bakıda federasiya əməkdaşını döyüb öldürənlər HAKİM QARŞISINDA

Bakıda Avtomobil Federasiyasının əməkdaşını döyüb öldürməkdə təqsirli bilinən dəstə üzvlərinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İradə Həsənzadənin icraatına verilib.

Xatırladaq ki, Azərbaycan Avtomobil Federasiyasının əməkdaşı Səxavət Məmmədov ötən il iyunun 24-ü axşam saatlarında federasiyaya məxsus yük avtomobili ilə hərəkət edərkən 20 Yanvar dairəsi yaxınlığında digər avtomobildə olan şəxslərlə yol hərəkəti zəminində mübahisə baş verib. Avtomobildəki şəxslər nəqliyyat vasitəsini Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsinədək təqib edib, qarşısını qanunsuz olaraq kəsib, zor tətbiq etməklə Səxavət Məmmədovu avtomobildən enməyə məcbur edib. Ona və onun sərnişini olan federasiyanın digər əməkdaşına hücum edərək ağır zərbələr endirib. Hücuma məruz qalan Səxavət Məmmədov hadisə yerində ölüb. Hadisə yerindən qaçan 3 nəfər şəxs- “Chevrolet” markalı avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Məmmədov Kamran Əlmərdan oğlu, 1999-cu il təvəllüdlü Abıyev Mais Vüqar oğlu və 1989-cu il təvəllüdlü Canıyev Nurlan Rizvan oğlu polis əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində elə həmin gün şübhəli şəxs qismində saxlanılıb.

Səxavət Məmmədov

# 1437
avatar

Mehman Nəbiyev

Oxşar yazılar