Hövsan qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.
Lent.az bildirir ki, APA-nın əldə etdiyi xəbərə görə, Bakıxanov qəsəbəsində avtomobillə yolun kənarında dayanmış Çərkəz Ələsgərova tanımadığı bir neçə nəfər yaxınlaşaraq onları Hövsan qəsəbəsinə aparmalarını xahiş ediblər. Ünvana çatanda sürücü ilə sərnişinlər arasında dava düşüb.
Dava zamanı sərnişinlərdən biri sürücünün boğazını kəsərək qətlə yetirib.
Hadisədən sonra cinayət törədənlər avtomobili götürərək qaçıblar. Qətlə yetirilən şəxs tikintidə fəhlə işləyirmiş. Onun bir azyaşlı övladının olduğu bildirilir.
***
14:07
Bakıda qətl törədilib.
Lent.az-ın məlumatına görə, hadisə Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 28 yaşlı Çərkəz Əfrayıl oğlu Ələsgərov xüsusi amansızlıqla bıçaqlanaraq qətlə yetirilib.
Hadisənin kimin və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırılma aparılır.