Bankomatdan oğurluq edən Coşqun Həsənov
30 mart 2021 17:12 (UTC +04:00)

Bankomatdan oğurluq edən Coşqun Həsənov

Bakıda bankomatlardan külli miqdarda pul oğurlayan tutuldu

Bakının Yasamal rayonunda banklardan birinə məxsus bankomatın saxlanc yerini qıraraq orada olan 15457 manatı oğurlamaq istəyən saxlanılıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi və Yasamal rayon Polis İdarəsi 26-ci Polis  Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Coşqun Həsənov cinayət başındaca tutularaq istintaqa təqdim olunub. Araşdırma zamanı onun bu ilin fevral ayında paytaxtın Nərimanov rayonu, Təbriz küçəsindəki bankomatlardan birindən 48840 manat pul oğurladığı da müəyyən edilib.

C.Həsənovun paytaxt, eləcə də Abşeron rayonu ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Faktla saxlanılan şəxs barəsində Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2271
avatar

Mehman Nəbiyev

Oxşar yazılar