Bakıda 32 yaşlı qızı belə şantaj etdilər
18 iyun 2021 12:42 (UTC +04:00)

Bakıda 32 yaşlı qızı belə şantaj etdilər

Bakıda qadın şantaj olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu barədə zərərçəkmiş 32 yaşlı qadın Xəzər rayon Polis İdarəsinə müraciət edib. O bildirib ki, cari ilin mart-aprel aylarında tanışı onun videogörüntülərini sosial şəbəkədə paylaşacağı ilə hədələyib 8700 manat pul tələb edib. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Abdullayev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2949
avatar

Mehman Nəbiyev

Oxşar yazılar