Bacısı qızını amansızcasına öldürən dayı ilə bağlı  YENİ XƏBƏR
11 may 2021 18:25 (UTC +04:00)

Bacısı qızını amansızcasına öldürən dayı ilə bağlı YENİ XƏBƏR

Mayın 9-da saat 07 radələrində Bığır kəndində yaşayan bir nəfər şəxsin guya dəm qazından ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Göyçay rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, istintaqla müəyyən edilib ki, rayon sakini Vüqar Bədəlov həmin gün saat 06 radələrində evinə qonaq gələn bacısı qızı Fatma Məmmədovanı yatan zaman qısqanclıq zəminində yastıqla boğaraq öldürüb.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Vüqar Bədəlov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4758
avatar

Oxşar yazılar