Cəlilabadda qətl hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə Alar kəndində qeydə alınıb.
Kənd sakini 62 yaşlı Rəviyyə Əliheydər qızı Nərimanova qətlə yetirilib. Onu qaynı Təhmasib Tərxan oğlu Əliyevin öldürdüyü ehtimal olunur.
Ailədaxili münaqişə zəminində qətl törədən şübhəli şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Cinayətin hansı səbəbdən baş verdiyi araşdırılır.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.