Aviasiya tarixinin ən bahalı təyyarəsi:  Tramp Putini onunla təəccübləndirmək istədi - VİDEO
16 avqust 2025 11:12 (UTC +04:00)

Aviasiya tarixinin ən bahalı təyyarəsi: Tramp Putini onunla təəccübləndirmək istədi - VİDEO

Vladimir Putin və Donald Trampın hərbi bazanın Ankoricdəki aerodromunda görüşü zamanı onların üzərindən bir qrup təyyarə uçub. Hava mini-paradında ağır, az görünən strateji bombardmançı “Northrop B-2 Spirit” F-35 tipli stels qırıcılarının müşayiəti ilə iştirak edib. “Uçan qanad” sxemi üzrə hazırlanmış nəhəng təyyarənin alçaqdan effektli uçuşu, aviaşounun təşkilatçılarının niyyətinə görə, Rusiya prezidentini heyrətləndirməli idi. Bəs Amerika “Prizraki” nə ilə məşhurdur?

Lent.az xarici mediaya istinadla bildirir ki, bütün B-2-lər (onların sayı çox deyil – 20-dən azdır) ABŞ ərazisində, Missuri ştatındakı Uaytmen aviabazasında yerləşir. Putinin səfərinə xüsusi olaraq bir neçə təyyarə Alyaskaya gətirilib ki, Rusiya prezidenti ilə görüş zamanı heyrətləndirici effekt yaradılsın.

B-2, xüsusilə, aviasiya tarixində ən bahalı təyyarə olması ilə tanınır. Bir təyyarənin orta qiyməti təxminən 2 milyard dollardır. Təyyarə radiolokasiya ilə az görünmə texnologiyası əsasında hazırlanıb. Qeyri-adi forması və xüsusi örtüyü sayəsində, müəyyən rakursdan Hava Hücumundan Müdafiə radarlarında kiçik pilotsuz uçuş aparatı kimi görünür.

“Prizrak”ların döyüş tətbiqi tarixi də diqqətəlayiqdir. Onlar 1999-cu ildə Yuqoslaviyanın bombalanmasında və 2003-cü ildə İraqa endirilən zərbələrdə iştirak ediblər. Təyyarənin son modernləşdirilmiş versiyaları 13 tonluq bunkerə qarşı nəzərdə tutulmuş GBU-57 super bombası daşıya bilir. Məhz bu təyyarələr həmin bombalarla bir müddət əvvəl İranın Fordodakı nüvə obyektlərinə zərbə endirilməsi zamanı istifadə olunub. Bunun üçün onlar ABŞ ərazisindən Hind okeanındakı Dieqo Qarsiya aviabazasına gətirilib.

Bundan əvvəl B-2 Yəməndə “Ənsaralla” hərəkatının obyektlərinə zərbələr endirib.

Hava əməliyyatlarında dünyanın ən bahalı təyyarəsini bir neçə (adətən dörd) F-35 və ya F-22 qırıcıları müşayiət edir.

Alyaska üzərində B-2 demək olar ki, əvvəllər görünməyib. Halbuki həmin təyyarələrdən biri bu ştatın adını daşıyır. Xüsusilə Putin üçün təşkil olunmuş aviaşou məqsədilə bir neçə təyyarə Elmenorf aviabazasına gətirilib və onlar ABŞ-ın “mədəni proqramının bir hissəsi” olublar.

“Operativ xətt” resursunun ifadəsinə görə, bu, Rusiya prezidentinin “amerikalı danışıqlar komandasının bütün ciddiliyini” hiss etməsi üçün nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 368

Oxşar yazılar