Cəlilabadda müəmmalı ölüm hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Cəlilabad-Masallı yolunda qeydə alınıb.
28 yaşlı Abşıov Şükür Müslüm oğlu avtomobili yol kənarında saxlayıb və çiyələk sahələrindən çiyələk alıb. Lakin nəqliyyat vasitəsinə doğru qayıdarkən qəfil halı pisləşərək, yerə yıxılıb. Gələn təcili tibbi yardım həkimləri gənc oğlanı xəstəxanaya aparıblar. Tibb müəssisəsinə çatanda isə Şükür Abışovun artıq öldüyü məlum olub.
Faktla bağlı Cəlilabad rayonunda araşdırma aparılır.