Çin insanabənzər robotların futbol və yüngül atletika kimi idman növlərində yarışacağı Ümumdünya İnsanabənzər Robot Oyunlarına start verib.
Lent.az xəbər verir ki, ölkədə insanabənzər robotlar üçün ilk dəfə keçirilən üç günlük “Ümumdünya İnsanabənzər Robot Oyunları”na start verilib.
Bu "Robot Olimpiadası"nda 16 ölkədən 280 komandanın hazırladığı robotlar futbol, yüngül atletika və stolüstü tennis kimi idman növləri üzrə yarışacaq.
Onlar, həmçinin dərmanların çeşidlənməsi və materialların işlənməsi kimi real işlərdə öz bacarıqlarını nümayiş etdirəcəklər.