Türkiyədə sevgililər evdə ölü halda tapılıblar.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Muğlanın Bodrum qəsəbəsində baş verib.
Evdən 31 yaşlı Berk Köse və sevgilisi 28 yaşlı Ezgi Elin meyitləri tapılıb. Müayinə zamanı onların başlarından tapança ilə vurularaq, öldürüldükləri məlum olub.
Faktla bağlı araşdırma aparılır.