Tovuz rayonunda zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a verilən məlumata əsasən, yerli vaxtla saat 08.31-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,5 olub.
Zəlzələ ocağı Yerin 10 km dərinliyində yerləşib.
Zəlzələ hiss olunub.