Azərbaycanda itkin düşən qızın meyiti tapıldı
18 mart 2021 18:52 (UTC +04:00)

Azərbaycanda itkin düşən qızın meyiti tapıldı

Gəncədə zibil qutusundan qadın meyiti tapılıb.  

APA-nın yerli bürosunun məlumatına görə, araşdırmalarla meyiti tapılan şəxsin bir ay əvvəl itkin düşən şəhər sakini, 19 yaşlı Pərvin Musayeva olması müəyyən edilib. Onun qətlə yetirildiyi məlum olub.

Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 20 yaşlı Sərdar Cəfərov saxlanılıb.

Qeyd edək ki hadisəni törədən şəxs qızın sevgilisi olub.

Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir.

# 2424
avatar

Oxşar yazılar