2020-ci il ərzində ölkədə 26004 cinayət faktı qeydə alınıb ki, bu da 2019-cu ilin göstəricisindən 2,5 faiz azdır.
Dövltə Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, əhalinin hər 100 min nəfərinə hesabı ilə qeydə alınmış cinayət hadisələrinin sayı da əvvəlki dövrlə müqayisədə 8 bənd azalaraq 258 olub. Onların 58,7 faizi az ağır, 27,3 faizi böyük ictimai təhlükə törətməyən, 14,0 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir.
Cinayətlərin strukturunda 5655 hadisə şəxsiyyət əleyhinə olan, 8702 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan, 1211 hadisə dövlət hakimiyyəti əleyhinə olan (onlardan 311 hadisə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər), 10338 hadisə iqtisadi sahədə, 98-i isə digər cinayətlərdir.