Azərbaycanda DƏHŞƏTLİ QƏTL  - Gənc dostunu...
14 dekabr 2021 09:38 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏTLİ QƏTL - Gənc dostunu...

Dekabrın 13-ü saat 19 radələrində Sabirabad rayon sakini 29 yaşlı Məmmədkərim Dərgahlının Ağsu rayonu Padarqışlaq kəndi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağsu rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, Padarqışlaq kənd sakini 30 yaşlı Orxan Qaçayevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla Məmmədkərim Dərgahlıya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağsu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Orxan Qaçayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, M. Dərgahlının Ağsu rayonuna qonaq gəldiyi bildirilir.

# 2883
avatar

Mehman Nəbiyev

Oxşar yazılar