Azərbaycanda DƏHŞƏT:  atasını öldürüb YANDIRDI  - YENİLƏNİB
13 dekabr 2021 10:02 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏT: atasını öldürüb YANDIRDI - YENİLƏNİB

Gəncədə oğulun atasını öldürməsi ilə bağlı bir sıra təfərrüat məlum olub.

Gəncə şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, 2021-ci il dekabrın 10-da Gəncə şəhəri, Ə.Məmmədov küçəsində fərdi yaşayış evində yaşayan 58 yaşlı Azad Məmmədovun evdən çıxaraq getməsi və bir daha geri qayıtmaması ilə bağlı oğlu Məmməd Məmmədov Gəncə şəhəri Nizami rayon Polis İdarəsinə müraciət edib. Müraciət əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib.

Araşdırmalarla müəyyən edilib ki, dekabrın 8-i günorta saatlarında Məmməd Məmmədov yaşadıqları evdə atası Azad Məmmədov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı onu əlləri ilə boğub öldürüb, daha sonra meyiti evin həyətinə çıxararaq yandırdıqdan sonra basdırıb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Məmməd Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir.

***

Saat: 09:35

Gəncə qətl hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, dekabrın 10-da Gəncə şəhər sakini 25 yaşlı Məmmədov Məhəmməd Nizami rayon Polis İdarəsinə müraciət edərək, atası 58 yaşlı ruhi-əsəb xəstəsi olan Məmmədov Azadın itkin düşməsi ilə bağlı məlumat verib.

Nizami rayon Polis İdarəsi və Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evin həyətində basdırılımış cəsədi tapılıb. Daha sonra keçirilən istintaq tədbirləri nəticəsində A. məmmədovun elə öz oğlu 25 yaşlı Məmmədov Məhəmməd tərəfindən qətlə yetirildiyi məlum olub. 

Həmin şəxs saxlanılaraq prokurorluğa təhvil verilib. Araşdırmalar davam etdirilir.

# 6612
avatar

Mehman Nəbiyev

Oxşar yazılar