Azərbaycanda 22 ildən sonra üstü açılan dəhşətli qətldən YENİ XƏBƏR
18 avqust 2022 17:34 (UTC +04:00)

Azərbaycanda 22 ildən sonra üstü açılan dəhşətli qətldən YENİ XƏBƏR

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə fəaliyyəti nəticəsində əvvəlki illərdən bağlı qalan daha bir qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

Hər iki qurumun mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumata görə, 2000-ci il fevralın 15-də Gəncə şəhər sakini 1939-cu il təvəllüdlü Yolçuyeva Solmaz Rzaqulu qızının yaşadığı evdə bədəni üzərində xəsarətlər aşkar olunması faktına görə şəhər prokurorluğunda 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 95-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanaraq istintaq aparılsa da, təqsirləndirilən şəxs müəyyən edilmədiyindən iş üzrə icraat 2001-ci il iyulun 16-da dayandırılıb.

2022-ci il avqustun 16-da icraat təzələnərək istintaq Gəncə şəhər prokurorluğu tərəfindən davam etdirilməklə peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb və kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

İstintaqla Gəncə şəhər sakinləri əvvəllər 1977-ci il təvəllüdlü Elsevər Məmmədov, 1980-ci il təvəllüdlü Xəyal Səfərov və 1978-ci il təvəllüdlü Arzu Hacıyevin cinayət əlaqəsinə girərək külli miqdarda pulu quldurluq yolu ilə talamaq məqsədilə Solmaz Yolçuyevanı yaşadığı mənzildə qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Keçirilən tədbirlərlə cinayət əməlində şübhəli bilinən E.Məmmədov tutularaq istintaqa cəlb edilib,  digər şəxslərin – X.Səfərovun 2001-ci ildə Qazaxıstan Respublikasında, A.Hacıyevin isə 2004-cü ildə Rusiya Federasiyasında ölmələri müəyyən olunub.

Toplanan mötəbər sübutlar əsasında E.Məmmədova Cinayət Məcəlləsinin (köhnə redaksiya) 94.1-ci maddəsi ilə (tamah məqsədilə qəsdən adam öldürmə)  ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

***
16.08.2022

Saat: 09:39

Gəncədə 22 il əvvəl baş vermiş cinayətin üstü açılıb.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəlki illərdən bağlı qalmış cinayətin üstü açılıb:

"Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci fevral ayında Gəncə şəhər sakini Solmaz Yolçuyevaya məxsus evə quldurluq məqsədi ilə daxil olaraq xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ev sahibini öldürməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elsevər Məmmədov saxlanılıb.

Onun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlub olub ki, saxlanılan şəxs vəfat etmiş Xəyal Səfərov və Arzu Hacıyevlə birlikdə törətdikləri məlum olub.

Dindirilmə zamanı E. Məmmədov qətlə yetirilən şəxsin evində 30 min dollar olması barədə məlumat əldə ediklərini cinayəti törətdikdən sonra isə evədən cəmi 220 dollar və bir qızıl üzük aparmalarını etiraf edib".

# 9855
avatar

Mehman Nəbiyev

Oxşar yazılar