Axtarışda olan 75 nəfər saxlanıldı - KRİMİNAL XRONİKA
14 oktyabr 2022 13:44 (UTC +04:00)

Axtarışda olan 75 nəfər saxlanıldı - KRİMİNAL XRONİKA

Oktyabrın 13-də ölkə ərazisində qeydə alınan 86, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması təmin olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, axtarışda olduğuna görə ümumilikdə 75, o cümlədən borclu şəxs qismində axtarışda olan 51 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.

# 2142
avatar

Sevinc Fərid

Oxşar yazılar