Atasını baltalayıb öldürən oğuldan  YENİ XƏBƏR
01 sentyabr 2021 21:09 (UTC +04:00)

Atasını baltalayıb öldürən oğuldan YENİ XƏBƏR

Qubada atasını baltalayıb öldürən Rəvan Ramazanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Quba rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, 2021-ci il iyunun 9-da Quba rayonu Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb.

Aparılmış istintaqla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı balta ilə Sadıq Ramazanovun sinə və baş nahiyəsinə xəsarətlər  yetirərək qəsdən öldürüb.

Rəvan Ramazanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3300
avatar

Mehman Nəbiyev

Oxşar yazılar