Arvadını oxlovla döyüb öldürdü - "Bədənində cin vardı" - FOTO
14 yanvar 2022 01:22 (UTC +04:00)

Arvadını oxlovla döyüb öldürdü - "Bədənində cin vardı" - FOTO

Türkiyədə kişi arvadının bədənində cin olduğunu iddia edərək onu öldürüb.

Lent.az yerli mediaya istinadən bildirir ki, hadisə ölkənin paytaxtı Ankarada baş verib.

Səlcuq.T adlı kişi arvadı Özgə Nuru döyərək həyatına son qoyub. O, arvadının psixoloji durumunun pozulduğuna görə cin çıxardana müraciət etdiyini deyib. Həmin şəxs isə Səlcuq.T-yə arvadını oxlovla 100 dəfə vurmağı tapşırıb.

“Cin çıxardan”ın dediklərini edən ər arvadının ölümünə səbəb olub.

Məhkəmədə prokuror ona və digər şübhəlilərə 12 ildən 18 ilədək həbs cəzası istəyib.

Özgə Nur

# 1821
avatar

Mehman Nəbiyev

Oxşar yazılar