Azərbaycan Milli Elmlər Akademiyası
02 mart 2021 18:06 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyası

AMEA-nın dələduzluqda təqsirləndirilən şöbə müdiri HAKİM QARŞISINDA

Dələduzluqda təqsirləndirilən AMEA-nın Polimer Materialları İnstitutunun (PMİ) Kadrlar şöbəsinin keçmiş rəisi Əlibala Eldar oğlu Ağayevin cinayət iş iüzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. İş hakim Murad Məmmədovun icraatına verilib. Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş qismində çıxış edir.

Qeyd edək ki, Ə.Ağayev işində yol verdiyi nöqsanlara görə, 2016-cı ildə töhmət alıb. 2018-ci ildə isə onun barəsində dələduzluq etməsi ilə bağlı məlumatlar dolaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1848
avatar

Mehman Nəbiyev

Oxşar yazılar