Ağdaş ŞOKDA:  Qardaşını öldürüb, həmkəndlisini güllələdi - YENİLƏNİB
18 iyun 2021 13:11 (UTC +04:00)

Ağdaş ŞOKDA: Qardaşını öldürüb, həmkəndlisini güllələdi - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Ağdaş sakininin qardaşını güllələyərək öldürməsi faktı ilə bağlı rəsmi məlumat yayıb.

Nazirlikdən Lent.az-a verilən məlumatda qeyd olunur ki, Ağdaş Rayon Polis Şöbəsinə iyunun 17-də saat 23 radələrində Abad kəndi ərazisində kənd sakini M.Aləşrəfovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə qardaşı Qələndəri öldürməsi, həmkəndlisi C.Quliyevə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bu cinayət əməlini törətməkdə şübhəli bilinən M.Aləşrəfov saxlanılaraq istintaqa təhvil verilib Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.

Xəstəxanaya yerləşdirilən C.Quliyevin vəziyyəti qənaətbəxşdir.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

***

saat 10:27

Ağdaş rayonunda iki qardaş arasında baş verən dava qətllə nəticələnib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Abad kənd sakini Ələşrəfov Mustafa Qulu oğlu aralarında baş verən dava zamanı ov tüfəngindən atəş açaraq qardaşı, 59 yaşlı Ələşrəfov Qələndər Qulu oğlunu güllələyib.

Q.Ələşrəfov aldığı xəsarətlər səbəbindən dünyasını dəyişib. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən şəxs tutulub. Qətlin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır.

# 3639
avatar

Oxşar yazılar