80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü
19 aprel 2024 17:39 (UTC +04:00)

80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü

Türkiyədə nəvə nənəsini vəhşicəsinə öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Konya şəhərinin Selcuklu qəsəbəsində baş verib. 31 yaşlı Talha Çorum yaşadıqları evdə 80 yaşlı nənəsi Sahura Dudu Bahçecinin başını divara çırpıb. Həmçinin xalası Hasibe Erdemiri yumruqlayaraq, xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilən Sahura Dudu Bahçeci həkimlərin müdaxiləsinə rəğmən ölüb.

Polis əməkdaşları tərəfindən Talha Çorum saxlanılıb. Məlum olub ki, o, Almaniyadan 3 ay əvvəl gəlib. Orada psixiatrik müalicə alıb.

Hazırda araşdırmalar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4434
avatar

Oxşar yazılar