3 uşaqlı qadın övladlarının gözü önündə öldürüldü - YENİLƏNİB  -FOTO
08 dekabr 2022 01:46 (UTC +04:00)

3 uşaqlı qadın övladlarının gözü önündə öldürüldü - YENİLƏNİB -FOTO

Şəmkirdə qadının əri tərəfindən qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, qətlə yetirilən 33 yaşlı Aynurə Orucovanın qaynanası ilə vaxtaşırı mübahisələri olub.

Bunu APA-nın əməkdaşına mərhumun atası Elman Orucov deyib. Onun sözlərinə görə, son vaxtlar qızının ailəsində problemlər yaranıb. Qətl bu söz-söhbətlərdən sonra baş verib. Hadisə mərhumun 3 azyaşlı övladının gözü önündə baş verib.

Qeyd edək ki, hər iki şəxs yaxın qohum olub.  
 

***

16.29

Şəmkirdə qətl hadisəsi olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Şəmkir rayonunun Könüllü kəndi ərazisində 33 yaşlı Aynurə Orucovanın öldürülməsi barədə ilkin məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 39 yaşlı Mahiyyəddin Atakişiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aynurə Orucovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Mahiyyəddin Atakişiyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. 

Hazırda iş üzrə istintaq davam edir.

# 6975
avatar

Oxşar yazılar

Ruslan Məmmədov və odlu silahı

İsmayıllıda mağazada soyğunçuluq edən şəxsdən odlu silah götürüldü

9 fevral 2023 , 09:36
 “Qanuni oğru” Lavasoğlu   həbs edildi

“Qanuni oğru” Lavasoğlu həbs edildi

9 fevral 2023 , 00:25
Bakıda oğul bayram günü atasını döyə-döyə  öldürdü - TƏFƏRRÜATLAR

Bakıda oğul bayram günü atasını döyə-döyə öldürdü - TƏFƏRRÜATLAR

8 fevral 2023 , 20:15
"Papanin" və "Kubinka"da KÜTLƏVİ HƏBSLƏR  - VİDEO

"Papanin" və "Kubinka"da KÜTLƏVİ HƏBSLƏR - VİDEO

8 fevral 2023 , 16:16
Azərbaycanlı qızları xaricə aparan qadına HÖKM OXUNDU

Azərbaycanlı qızları xaricə aparan qadına HÖKM OXUNDU

8 fevral 2023 , 14:41
Mehdiabadda ƏMƏLİYYAT:  narkotacirlər və "Kalaşnikov" satan tutuldu - VİDEO

Mehdiabadda ƏMƏLİYYAT: narkotacirlər və "Kalaşnikov" satan tutuldu - VİDEO

8 fevral 2023 , 13:15
Azərbaycanda axtarışda olan 121 nəfər  saxlanıldı

Azərbaycanda axtarışda olan 121 nəfər saxlanıldı

8 fevral 2023 , 09:48
 Mer seçkilərində   qalib gəldi: GÜLLƏLƏNDİ

Mer seçkilərində qalib gəldi: GÜLLƏLƏNDİ

8 fevral 2023 , 00:06