Sinqapur təyyarəsi Bakıya TƏCİLİ  eniş etdi
09 sentyabr 2022 07:54 (UTC +04:00)

Sinqapur təyyarəsi Bakıya TƏCİLİ eniş etdi

0

Paris-Sinqapur təyyarəsi Bakı hava limanında təcili eniş edib.

Lent.az xəbər veirir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.

“Singapore Airlines” aviaşirkətinin Paris-Sinqapur reysini həyata keçirən hava gəmisinin kapitanı texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

“Boeing B777” təyyarəsi yerli vaxtı ilə saat 06:26-da Bakı hava limanında eniş edib.

Reysin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2967

Oxşar yazılar