Bakıda GECƏ ƏMƏLİYYATI:  "avtoş" bu VİDEO -ya görə tutuldu
06 sentyabr 2025 12:40 (UTC +04:00)

Bakıda GECƏ ƏMƏLİYYATI: "avtoş" bu VİDEO-ya görə tutuldu

0

Xətai RPİ Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədi ilə profilaktik tədbir keçiriblər.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, nəticədə idarə etdiyi nəqliyyat vasitəsi ilə avtoxuliqanlıq edən sürücü Cavid Vəliyev, nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə edən Sadıx Rzayev və avtomobilin konstruksiyasında dəyişiklik edərək sükan arxasında əyləşən daha bir sürücü saxlanılıb.

C.Vəliyev və S.Rzayev barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə hər iki şəxsin sürücülük vəsiqəsi müvafiq olaraq 1 və 2 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunublar.

Digər sürücü barəsində isə protokol tərtib edilib və avtomobildə olan konstruksiya dəyişikliyi aradan qaldırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 410

Oxşar yazılar