Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir
05 sentyabr 2025 12:05 (UTC +04:00)

Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir

0

5 sentyabr dünyada Beynəlxalq Xeyriyyəçilik Günü kimi qeyd olunur. BMT tərəfindən təsis edilən bu günün əsas məqsədi yardımlaşma və həmrəyliyin vacibliyini xatırlatmaqdır.

Məhz bu əlamətdar gündə Qırmızı Ürəklər Fondu sosial həssas qruplardan olan tələbələrin təhsilinə dəstək məqsədilə “Onu Oxut” aksiyasına start verir. Həyata keçirilən ianə aksiyasının əsas məqsədi əhalinin sosial həssas qruplardan olan tələbələrin təhsil imkanlarını genişləndirmək, onlara dəstək olmaqdır.

Xatırladaq ki, 2021-ci ildən başlayan “Onu oxut” aksiyası çərçivəsində bugünədək 115 490 manat vəsait toplanılaraq, 76 tələbəyə təhsil təqaüdü təqdim edilib.

Qırmızı Ürəklər Fondu xeyriyyəçilik təşəbbüslərinə qoşulmaq istəyən hər kəsi “Onu Oxut” aksiyası çərçivəsində həmrəylik nümayiş etdirməyə və gənclərə dəstək olmağa çağırır.

Aksiyaya fotodakı QR kodu oxudaraq, eləcə də Fondun veb-saytı (https://redhearts.az/aktiv-aksiyalar/tehsil-teqaud), Kapital Bank terminalları,  Birbank və m10 mobil tətbiqləri vasitəsi ilə ianə etmək mümkündür.

Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 318

Oxşar yazılar