Dünya "Moda kralı"  Armani ilə VİDALAŞIR
06 sentyabr 2025 12:16 (UTC +04:00)

Dünya "Moda kralı" Armani ilə VİDALAŞIR

0

Milanda italyan modelyer Corcio Armani ilə iki gün davam edəcək vida mərasimi başlayıb.

Lent.az xəbər verir ki, vida mərasimi "Giorgio Armanimoda evinin baş ofisi yanında "Armani/Teatro" sərgi salonunda keçirilir.

Hər kəs onunla vidalaşa bilər. Artıq tabutun qarşısında növbə yaranıb, lakin modelyerin özünün istəyi ilə ilk olaraq şirkətin əməkdaşları tabutun önündən keçəcəklər.

Xatırladaq ki, "Moda kralı" sentyabrın 4-də 91 yaşında vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 462

Oxşar yazılar